az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Ortopediya

   Dişlərin və ya diş ətrafı toxumaların müxtəlif səbəblərdən maddə itkisinə uğradığı və ya tamami ilə yox olduğu durumlarda, onları əvəz etmək və ya yerinə qoymaq üçün hazırlanmış materiallara protez adı verilir.
   Dişlərini itirmiş xəstələr öncə çeynəmə funksiyalarını itirmiş olur. Yeyilən yeməklər yetərincə çeynənmədiyindən bütün olaraq udulmaq zorunda qalır. Buda yemək yeməyi izdrab verici hala gətirir, zamanlarda həzim etmək probleminə yol açacaqdır. İtirilmiş dişlərin yeri və sayı ilə əlaqədar olan funksiyanın itirilməsinə, estetik və danışma pozuntusuda əlavə olunacaqdır. Estetik və ya xarab olmuş dişlərlə yaşamaq məcburiyətində olan, dolayısı ilə gülməyə utanan insanlar zamanla pisixoloji yaşayar, özlərinə olan inamı itirərlər.
   Bu problemlərin öhtəsində gəlmək, doğru və uyğun bir protez düzəltməklə mümkündür. Bunun sayəsində xəstələrin çeynəmə funksiyasını bərpa edir, görünüşü düzəldir və danışma qüsurunu aradan qaldırır.
 


   Protezlərin neçə növü var.

   İki protez növü var:
   1. Xəstə tərəfindən istənilən vaxt taxılıb-çıxardılan-HƏRƏKƏTLİ PROTEZLƏR.
   2. Xəstə tərəfindən çıxardıla bilməyən-SABİT PROTEZLƏR.

   1. Ayrıca bu iki növün ayrı-ayrı yada kombinə edilmiş İMPLANT üstü protezlər.
   Hərəkətli prtotezlər.
   Adındanda göründüyü kimi xəstələr tərəfindən taxılıb çıxarıla bilən protezlərdir. Sabit protez ya da implant qoyulmadığı hallarda tövsiyə edilir. Hərəkətli olması bəzi dezavantajlar yaratdığından məcbur olduqda istifadə edilir. Bu protezlərində iki növü var.
   1. Tam protezlər.
   2. Bölümlü protezlər.

   1. Tam protezlər – xalq arasında tam damaq olaraq bilinən tam protezlər alt və ya üst çənə tam dişsizlik durumunda düzəldilən protezlərdir. Doğru alınmış bir ölçü sayəsində tam bir üzü təmas yaradaraq düzəldilən protez hava sorulması nəticəsində yumuşaq damağa yapışır və yanaq əzələlərinin dəstəyi ilə daha da dayanıqlı olur. Beləliklədə anlaşıldığı kimi, təmas nə qədər genişsə protez o qədər rahat durur. Buna görə daha geniş sahəyə malik, sümüyün daha böyük və tutucu olduğu üst çənədə protez daşımaq alt çənəyə görə daha asandır. Alt çənə sümüyünün incə olması vücudun ən qüvvətli əzələsindən biri olan dilin təsirinə məruz qalması alt protezin ağızda durmasını, dolayısı ilə işlədilməsinin zorlaşdırır. Ancaq bu problem doğru planlama funksianal bir ölçü və xəstənin düzgün marifləndirilməsi ilə aradan qaldırmaq olar. Günümüzdə tam protezlərin bəhs edilən problemləri, şərtlər uyğun olduqda implant texnologiyası ilə ortadan qaldırıla bilməkdir.
 

   

   2. Bölümlü protezlər – Ağızda dişli və dişsiz bölgələrin bir arada olduğu durumlarda düzəldilən hərəkətli protezlərdir. Əsasən metal dəstəkli olduğundan xalq arasında polad damaq olaraq bilinir. Ən sıx işlənməsi ara qrup dişlərin çəkilməsi zamanı funksiyaları bərpa etmək üçündür.
   Bölümlü protezlər sümük və yumuşaq toxumadan aldığı dəstəklə yanaşı, ağızda olan dişlərdən də dəstək alır və daha stabil durur. Xəstə öz dişlərinidə işlədə bildiyindən daha rahatdır.
   Estetik problem atacment, bor, anker və s. tutucular istifadə etməklə ya da diş rəngində kllammer qoymaqla aradan qaldırılır.

   Sabit protezlər.

   Xəstələrin taxıb-çıxara bilmədiyi protezlərdir. Doğru və yerində qoyulduğunda, xəstələrə öz dişləri qədər rahatlıq, funksiya və estetiklik bəxş edir.
   Diş volplastları qonşu dişlərə köynək (koronka) geyindirməklə bir-birinə bağlanaraq doldurulur. Bu xalq arasında körpü olaraq bilinir. Sabit protezlər tək-tək dişlərdə tətbiq olunur. Körpü və ya köynək qoyulacaq dişlər əvvəlcə bəlli miqdarda balacalaşdırılır (yonulur), ölçüsü alınır və laboratoriyaya göndərilir. Gələn materiallar ağızda yoxlanılır və dişlərə yapışdırılır. Sabit protezlərdə metal (qızıl, nikelkron, kobaktkron, zirkon və s.) keramika işlədilir. Metal keramika dişsizliyin dezavantajımı ortadan qaldıran gigiyenik və estetik bir materialdır. İşlədilən texnikanın və materialının çox fərqli olması da ayrı bir avantajdır. İşıq keçiriciliyi ana dişlərə çox yaxın olduğundan, hər çür rəng seçimi olduğundan dolayısı ilə estetik özəllikləri mükəmməldir. Metalla birləşməsi çox yaxşı olduğundan rəng dəyişikliyinə uğramır, parlaqlığını itirmir, sürüşgən olduğundan üzərində yemək saxlamır.
   Diş boşlqları niyə doldurulmalıdır?
   Xəstələrin böyük bir qismi ancaq ön qrup ya da görünən dişlərin itirilməsindən sonra estetik görünüşünün bərpa olunması məqsədi ilə gəlirlər. Ancaq ağızdakı bütün dişləri olan bir xəstənin hər hansı bir dişinin çəkilməsi ilə funksianallığını itirilməsi 30 % - ə bərabərdir. Bununla yanaşı çəkilən dişin önündəki və arxasındakı dişlər zamanla əyilərək bu boşluğu doldurmağa çalışırlar. Bu əyilmə fırlanma şəklində olduğundan ağızın bağlanması probleminə və zamanla çənə oynağı probleminə yol açır. Əyilən dişlərdə diş əti çəkilmələri lazımınca təmizlənmədiyindən çürümələrdə ortaya çıxır. Çəkilən dişin qarşılıqlı dişi isə çəkilən dişin yerinə tərəf uzanır, bir müddət sonrada sırf bu uzanmaya bağlı olaraq həssaslıq və sallanmalar nəticəsində çəkilməyə məruz qalacaq.
   Sabit protez gəzdirən xəstələr nəyə diqqət etməlidir.
   1. Hər nə qədər sabit dişlər ana dişləri qədər sağlam və dayanıqlı olsa da, sonda düzəldilmə olduğu unudulmamalı və diqqət yetirilməlidir.
   2. Öz dişlərinizlə etməməniz olan sərt yeməkləri (fındıq, qoz, fısdıq və s.) qırmaqdan uzaq olmalıdırlar.
   3. Mütləq gündə diş iki dəfə fırçalanmalı və altı aydan bir kontrola gəlməlidir.
 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio