az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

İmplantologiya

   Dişlərin implantasiyası stomatologiyanın sahəsi olaraq, bilavasitə ortopediya ilə əlaqəli inkişaf edib. Amma indiki dövrdə, sərbəst istiqamətə yönəlib. Dişlərin müasir implantasiyası böyük təcrübə toplayıb və çoxlu metodlar, materiallar, müxtəlif növlü konstruksiyalar əldə edib.
   Buna - sevinməmək olmaz – axı indi pasiyentlər onların vəziyyətinin nə dərədcədə çətin olmasından asılı olmayaraq, köməyə ümüd edə bilərlər. Artıq 30 ildən çox klinik tarixi olan dişlərin implantasiyası mütəxəssislər tərəfindən geniş tətbiq edilir və daima təkmilləşir. Üzərinə qapaq və ya protez qoymaq mümkün olan, titan vint formasında olan süni diş kökü bir çox problemləri həll etməyə imkan verir: funksional, estetik və çox hallarda psixoloji.
   İmplant-süni kökün yuxarı və ya aşağı çənəyə əkilməsidir. İmplantlar dayaq kimi istifadə olunur və onlara ya qapaqlar (itirilmiş dişləri tamamilə əvəz edən), ya da çıxan və ya çıxmayan diş protezləri fiksasiya olunur. İmplantın konstruksiyası iki əsas hissədən ibarətdir - implantın özü, çənəyə cərrahi yolla əkilən titan vintdən və abatmentdən, alışmaq periodundan sonra implanta birləşən hissəcikdən.

   İmplantların körpüyə bənzər və ya çıxan protezlər üçün, sərbəst protez vəya əlavə dayaq kimi kliniki istifadəsi ənənəvi diş protezləri qarşısında bir sıra üstünlüklərini üzə çıxartdı.
   1. Diş sırası qüsurlarının qonşu dişlərin yonulmadan aradan qaldırılmasının mümkünlüyü.
   2. Sonradan yaranan qüsurların aradan qaldırılması zamanı çıxan protezlərin istisnasının mümkünlüyü.
   3. Böyük uzunluğu olan, çıxmayan protezlərin hazırlanmasının mümkünlüyü.
   4. Tam dişsiz çənələrdə çıxmayan protezlərin hazırlanmasının mümkünlüyü və ya tam çıxan protezlərin fiksasiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması.
   5. Şübhəli periodontal proqnozları olan dişlərin saxlanılmasının vacib olmaması.
   6. Sümüyə implantın yeridilməsi olmayan dişlərin yerində sümüyün itirilməsinin dayandırılmasına şərait yaradır, belə ki, funksional yükdən məhrum olmuş sümük tez atrafiyalaşır.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio