az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Endodontiya

   Endodontiya - kök kanallarının müalicəsini öyrənən stomatologiyanın bir sahəsidir.
   Dişlərin anatomiyası
   Dişın ağız boşluğunda görünən hissəsi diş tacı, çənə sümüyü daxilində olan hissəsi isə kök adlanır. Diş bir neçə qatdan ibarətdir. Dişın xarici qati mina adlanir. Bu insan orqanizminin ən sərt toxumalarından biridir. Dişin kökünü ortən qat isə sement adlanır. Dentin qati isə minanın altında yerləşir. Bu qat diş toxumaları içərisində çoxluq təşkil edir. Minadan fərqli olaraq dentində sinir ucluqları var. Onlar agrı mexanizmində iştirak edirlər. Dentin altında isə pulpa qatı yerləşir. Pulpa sinir və damarlardan ibarətdir, dişin çıxmasında və inkişafında böyük rol oynayır.


   Diş xəstəlikləri necə əmələ gəlir?
   Hər bir insanin ağiz boşluğunda bakteriyalar mövcuddur. Bu bakteriyalar normal şəraitdə dişə zərər yetirmir. Bakteriyaların qidalardan ifraz etdiyi turşular diş minasını zədələyir və karies əmələ gətirir. Müalicə edilməmiş karies minanın dentin qatına qədər çürüməsinə səbəb olur. Bu zaman dişdə fasiləli ağrılar ola bilər. Əgər yenədə müalicə olunmazsa, mikroorqanizmlər pulpaya keçir və onu zədələyir, beləlıklə diş kanalı infeksiyalaşır. İnfeksiyanın digər səbəbi travma ola bilər. Bu zaman pulpa nekrozlaşır. İnfeksiyalaşmış pulpa kökətrafı toxumalarin iltihabına səbəb olur. Pulpanin infeksiyaşmasının daha bir səbəbi isə paradontozdur.

    Xəstə dişi necə aşkar etmək olar?
    Dişin isti və soyuq qidalara həssaslığı infeksiyanin başlanmasına işarə edir. Dişin rənginin dəyişməsi və böyük karioz boşluq da bele işarələrdən biridir. Ciddi zədələnmiş diş endodontik müalicə hesabına insana uzun müddət xidmət edə bilər. Əksər hallarda dişi bir və ya iki gəlişə müalicə edirlər.
 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio