az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Parodontologiya

   Parodontologiya - dişin dayaq aparatı olan parodont toxumasının xəstəliklərini və profilaktikasını öyrənən stomotologiyanın bir bölməsidir.
   
   Parodont - diş əti, periodont, alveol sümüyü, kök sementı, dişi əhatə edən toxumalar qrupudur. Statistikaya görə dunya əhalisinin 90% - 95% -zi parodont toxumasının xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliyin daha tez-tez rasta gəlinən formaları qinqivit, parodontit və parodontozdur.
   
   Qinqivit – diş ətinin yüngül iltihabı xəstəliyidir. Klinik gedişatına görə 3 forması var. Kataral qinqivit zamanı diş ətı qanaması, agızdan xoşa gəlməz qoxu, şişkinləşmiş və qızarmış diş əti müşahidə olunur.

   Hipertrofik qinqivitdə diş əti şışkınləşir, hipertofiyalaşır, bəzən diş tacının yarı hissəsini tutur.
   Xoralı qinqivit daha agır formadır. Diş ətinin xoralaşması və nekrozlaşması ilə müşaət olunur.

    Parodontitin 3 forması var.
   1. Yüngül dərəcəli formada xesteler diş əti göynəməsindən, agızdan gələn xoşa gəlməz qoxudan, xeyli miqdarda diş daşlarından şikayət edirlər. Bu mərhələdə patoloji diş ətı cibləri əmələ gəlir.
   2. Orta dərəcəli formada patoloji diş əti cibləri dərinləşır. Sümük cibləri əmələ gəlir. Diş və diş ətində agrılar olur. Xəsələrin ümumi vəziyyəti pisləşir.
   3. Agır dərəcəlı formada dişlərdə tam laxlama müşahidə olunur. Belə dişlər cəkilir.

   Parodontoz – parodont toxumasının distrofik zədələnməsidir. Diş kökləri cılpaqlaşır, temperatur dəyişkənliyinə qarşı həssaslıq yaranır.

   Parodont xəstəliklərinin müalicəsində əsas yeri küretaj və diş daşlarının təmızlənməsi tutur. Küretaj zamanı patoloji ciblər qaşınıb təmizlənir bu sagalma prosesini sürətləndirir. Diş ətini qıcıqlandıran daşlar müxtəlif növ skeyler aparatları ilə təmizlənir.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio