az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Ortodontiya

   Ortodontiya stomatologiyanın bir sahəsi olaraq, üz-çənə və dişlərin patologiyalarının yaranma və inkişaf qanuna uyğunluqlarını öyrənir, normal estedika və funksiyanın əldə olunmasına istiqamətlənmiş müalicə və bərpa tədbirlərinin təkmilləşməsi ilə məşqul olur.

   Ortodontik qüsurların yaranma səbəbləri bunlardır.
   1. Genetik faktorlar
   2. Anadan gəlmə defektlər (dodaq-damaq yarığı)
   3. Bəd vərdişlər (baş barmağını əmmək, əmzikdən uzun müddət istifadə etmək)
   4. Süd dişlərinin vaxtından əvvəl itirmək
   5. Travma
   Ortodontik qüsurlar nə üçün müalicə olunmalıdır?
   1. Effektiv çeynəməni və nitqi əldə etmək üçün
   2. Sağlam diş və damaq əldə etmək üçün
   3. Damaq xəstəliklərinin və kariesə həssaslığı artırmaq üçün
   4. Müxtəlif disfunksiyaların qarşısını almaq üçün
   Diş çənə qüsurlarının müalicəsi bu dişlərin funksiyalarının bərpa olunmasına nəticədə gözəl estetik görünüşünü əldə olunmasına gətirib çıxarır.
   Nə zaman ortodontik müdaxilə aparıla bilər.
   Bəzən ortodontik ekpertiza 5 və ya 6 yaşda səmərəli ola bilər. Bu yaşlarda heç bir ortodontik müalicə aparılmır. Lakin bir neçə profilaktik tədbirlər görmək olar.
   Profilaktik ortodontik müalicə.
   Bu müalicənin məqsədi daimi dişlər üçün kifayət qədər yer əldə olunmasına nail olmaqdır. Bu məqsədlə vaxtından əvvəl itirilmiş süd dişlərinin yerinə fiksatorlardan istifadə olunur ki bu da daimi dişlər üçün yer saxlanmasına kömək edir.
   Əgər ortodontik problem bəd vərdişlərin (baş barmağını əmməsindən) patoloji udqunma nəticəsində yaranırsa bu zaman xusisi priborlardan istifadə olunur. Bütün bu proflaktik tədbirlər qarışıq dişləm zamanı istifadə oluna bilər.
   Belə tədbirlər adətən 7,8 yaşda yuxarı aşağı kəsici dişlərin çıxmasından sonra aparılır. Bu yaşda uşaqlarda həm süd həm də daimi dişlər olur.
   Ortodontik qüsurun erkən yaşlarda aşkarlanması zamanı onun müalicəsi asan olur. Ortodontik qüsur skelet mənşəllidirsə bu südəmər dövrdə ya da inkişafın aktiv mərhələsində müalicə olunmalıdır. Əgər belə qüsurlar erkən yaşda müalicə olunmursa onun müalicəsi 18 yaşdan sonra ortodontik cərrahiyə vasitəsi ilə aradan qaldırılır. Bəzən stomatoloq ortodont qüsurun erkən yaşlarda aşkar etməsinə baxmayaraq, o müalicəsi üçün pasentin aktiv inkişav mərhələsini gözləyir. Ümumiyyətlə ortodontik müalicənin 2 mərhələsi var.
   1. Korreksiya mərhələsi. Hal-hazırda ortodontik müalicə bir neçə yaş dövründə yerinə yetirilir. Müalicə fiksator və ya çıxan aparatların köməyi ilə aparılır.
   2. Əldə olunmuş nəticənin saxlanılması. Bu mərhələdə əldə olunmuş nəticəni passiv elementlərin köməyi ilə saxlanılmasına nail olmaq olur.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio