az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Cərrahiyə

   Cərrahi stomotologiya-sərbəst klinik dissiplina olaraq, müasir stomatologiyanı təmsil edən başqa sahələrlə bir sıradadır ortopediya, terapevtik və estetik stomatologiya, ortodontiya. Ən çox yayılmış mənfi, yanlış fikirlərdən biri də odur ki, cərrahi stomatologiya istisna olaraq diş çəkiminə xidmət edir, ancaq bu çoxdan o çərçivəni keçmişdir. İndi onun məqsədi-dişlərin bərpası və onların funksiyalarının saxlanılmasıdır. Məhz cərrah dişi xilas edəcək, nitqi pozan “qısa” dodaq yüyəsini düzəldəcək. Cərrah bu problemi həll etməyə kömək edə bilər, özü də hər şey sizin üçün maksimal rahatlıqla ediləcək.

   Stomatologiya xəstəliklərin kompleks müalicəsi əksər hallarda ardıcıl aparılan müalicə tədbirlərindən ibarət olur - terapevtik, ortopedik stomatologiya, cərrahi və ortodontik. İndiki dövrdə stomatologiyanın əsas məqsədi dişlərin saxlanılması və bərpasıdır. Əgər əvəllər həkimlər hər hansı çətin hallarda dişi çıxardırdılarsa, indi isə həkimlər hər şey edirlər ki, bundan uzaqlaşsınlar.
   Ona görə də cərrahi stomatologiya diş saxlanılma əməliyyatlarına böyük diqqət yetirir, bu əməliyyatlara ağız boşluğunun sümük və ya yumşaq toxumalarda hər hansı növlü törəmələrin çıxardılmasını, diş köklərinin amputasiyasını, tac-radikulyar separasiyaları, həmçinin paradont xəstəliklərin müxtəlif müalicə metodlarını aid etmək olar. Diş kistalarının əmələ gələməsinin əsas səbəbləri-travma və infeksiyadır. Diş travmasını təkcə boks ringində və ya həyət döyüşlərində qazanmaq olmur, onları həm də evdə, qoz sındırmaq da qazanmaq olar. Dişlərin düzgün olmayan müalicəsi zamanı infeksiya adətən kök kanalının içinə daxil olur.
   Bizim klinikada hər hansı cərrahi manipulyasiya stomatologiyada olan ən təzə texnnologiyanın istifadəsi ilə aparılr. Respublikada analoqu olmayan bakteriosid lazerlə. Bu texnikanın istifadəsi cərrahi manipulyasiyaları ağrısız, qansız, anesteziyasız, həmçinin maksimal dərəcədə steril aparmağa imkan verir.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio