az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Diş bəyazlatma

   Gözəl təbbəssüm həmişə diqqəti cəlb edir. Insanın zahiri görünüşündə bunun xüsusi rolu var. Estetik görünüşun əsası diş toxumalarının optik xüsüsiyyətləridir. Dişlərin rəngi, parıltısı, rəngin intensivliyi insan təbəssümünün gözəlliyinin əsasıdır. Flüoroz, minanın hipoplaziyası, pazabənzər qüsur və digər xəstəliklərdə dişlərin estetik görünüşü pozula bilər. Digər səbəblər isə müxtəlif sistem xəstəlikləri, zərərli iş şəraiti, bəzi dərmanlarin nəzarətsiz qəbuluda ola bilər.
   Dişlərin ağardilmasının tarixi 150 ilə yaxındır. 1850-ci ildə dişlarin turşu vasitəsi ilə bəyazlanması haqqinda məlumatlar mövcuddur. Kalsium hipoxlorid vasitəsi ilə diş ağardilması metodikası 1877-ci ildə dərc edilmişdir. 1884-cü ildə isə ağardici vasitə kimi hidrogen peroksidi təklif edilmişdir. 1918-ci ildə ilk dəfə diş ağardilması üçün hidrogen peroksidinin intensiv işıq vasitəsi ilə aktivləşdirilməsi metodikası təklif edilmişdir. XX əsrin yetmişinci illərində bu metodikadan geniş istifadə olunmağa başlanıldı.

   Ağardilmanın hansı növləri vardır?

   1. Ev agardılması
   a) Həkim nəzarəti altında fərdi kappaların hazırlanması ilə.
   b) Nəzarətsiz standart kappaların istifadəsi ilə.

   2. Professional ağardilma
   f) Vital ağardılma – diş tacı xarici
   d) Devital ağardılma – diş tacı daxili

   Ev agardılması ilə profesional ağardılmanın fərqi
   1. Ağardıcı materialın faiz dərəcəsi (ev agardılmasında 10-15%, profesional agardılmada 30-35%)
   2. Dişlərin agarma müddəti ev agardılmasında 2-3 həftə, professional ağardılmada 1 gəlişə.
   3. Dış ətini izolyasiya etmək üçün ev agardılmasında xüsusi kappa hazırlanır, professional agardılmada isə şua ilə bərkiyən baryerdən istifadə olunur. Belə baryer müxtəlif karioz boşluqların həmçinin paza bənzər qüsur kimi mina defektlərinin bağlanmasına da xidmət edir.
   4. Professional ağardılmada ağardıcı faktorun aktivləşdirilməsi üçün əlavə fiziki vasitələr (lazer, UF, işıq, hallogen şualanma) tətbiq olunur. Bu da keyfiyyətli və davamlı agardılma əldə etməyə kömək edir.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio