az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Uşaq stomotologiyası

   Bütün uşaqların dişlərinin müalicəsini uşaq stomatoloqu aparır. Mütəmadi olaraq 6 aydan bir uşaqlarda dişlərin müayinə olunması onların ağız boşluğunun və dişlərinin vəziyətinin qənaitbəxş olunmasına səbəb olur. Uşağın fiziki və emosional inkişafında erkən diaqnoz və müalicənin rolu əvəzolunmazdır.
   Uşaq stomatologiyası 0-14 yaş arasında olan uşaqların daimi və ya süd dişlərinin qorunmasına və müalicə olunmasına xidmət edir.

   Uşaqların stomatoloji müayinəsi uşaqların valideyinlərlə birgə şikayətinə əsasən başlayır. Sonra anamnez əsasında xəstəlik tarixi açılır bu isə öz növbəsində kliniki və regionoloji müayinələrlə tamamlanır. Bunlar bitdikdən sonra uşaq və valideyin diaqnoz və müalicə planı ilə tanış olur. Uşaq stomatoloqları süd və daimi dişlərin karies və paradontdan qorumaq üçün müxtəlif materiallardan istifadə edirlər.
   Ağız boşluğunun gigeyenasına riayət dişlərin təmizlənməsi, fissurların germetik örtülməsi və dişlərin florla işlənməsi aiddir.

   Florun tətbiqi:
   Profilaktik stomotologoyada florla müalicə ən effektiv metod sayılır.
   Florlu birləşmələr dişlərində həssaslıq eroziya karies riski yüksək olan şəxslərdə, sistem xəstəlikləri olan insanlarda həmçinin dişləri sağlam olan pasiyentlərdə profilaktika məqsədi ilə gözəl nəticələr verir.

   Fissurların örtülməsi.
   Malyar dişlərin okklüzyon səthində olan anatomik şırımlar və fissurlarda qida qalıqları asanlıqla yığıla bilər. Belə dərin şırımları izolyalorlar vasitəsi ilə hamar səthlərə çevirmək olar ki, bu da onların təmizlənməsini asanlaşdırır. Bu üsulla həmin dişlərdə kariesin rast gəlmə tezliyini 70-80 % aşağı salmaq olar.

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio