az   |   en   |   ru
News
Opportunities
Mass media
Doctor's advice
Certificat
Question-answer
Management and structure
Vacancy
 
 
 
 
 

Həkimin məsləhətləri

 

   — "Özümü və on yaşlı uşağı paradontozdan necə qoruyaq?"

   — Ağız boşluğunda bütün növ mikrobların inkişafı üçün ən optimal şərait var. Bu o deməkdir ki, iltihab prossesləri burada ən ağır formalarda olur. Paradontoz, daha dəqiq isə parodontit, dişlərə pis qulluq nəticəsində əmələ gəlir. Bu səbəbdən bu xəstəliyin profilaktikasında əsas yeri dişlərin düzgün yuyulmasıdır. Bəzi vacib məqamları unutmayın:
   • Dişləri gündə iki dəfə təmizləmək lazımdır – səhər yeməyindən sonra və axşam yatmazdan öncə. Dişləri ən azı 2 dəqiqə ərzində yumaq lazımdır.
   • Diş fırçaları ancaq sintetik olmalıdır, çünki belə fırçalarda bakteriyalar çətin inkişaf edirlər. Fırça ağzı yuxarı, açıq şəkildə saxlanmalıdır, tez-tez sabunla yuyulmalıdır. Firçanı 2-3 aydan bir dəyişmək lazımdır. İndikatorlu fırçalar burda sizin köməyinizə gələr – dəyişmək vaxtını bildirər.
   • Diş məcunları gel əsaslı olmamalıdır. Xırda abrazin hissəciklərli məcunlar dişləri ərplərdən daha yaxşı təmizləyirlər.
    Sonda: ildə iki dəfə stomatoloqa müraciət etməyi unutmayın. Diş daşların təmizlənməsinə ehtiyac ola bilər. Diş daşları paradontitin əsas səbəblərindəndir.

   — "Elektrik diş firçasının üstünlüyü nədədir?"

   — Üstünlüklər çoxdur, lakin əsası – yüksək keyfiyyətli təmizləmə qabiliyyəti. Ən əyilgən fırçalar belə ağız boşluğunun dərinliklərinə çatmır. Elektrik fırça ilə bu mümkündür. Bu fırça rahatdır və onunla təmizləmə müddətinə kontrol etmək mümkündür. Stomatoloqlar buna bənzər fırçaları dişlərin cilalanmasında və diş daşların təmizlənməsində istifadə edirlər. Elektrik firçaları bütün ailə üzvləriniz istifadə edə bilərlər.

   — "Ağız yaxalayıcıları haqqında"

   — Bütün keyfiyyətli ağız yaxalayıcıların tərkiblərində ftor, kalsiy və başqa xeyirli komponentlər vardır. Elə bu səbəbdən bunlar profilaktik xüsusiyyətə malikdilər. Lakin zəif olduqları üçün dişlərə düzgün qulluq olmayan yerdə yaxalayıcılar ancaq nəfəs təravətləndirmək effektinə malikdilər. Yaxalama dişlərin yuyulmasını əvəz etmir.

   — "Diş sapı – flossla düzgün istifadə qaydaları"

   — Bu diş əti xəstəliklərin profilaktikasıdır. Dişlərin aralarında çoxlu ərp yığılır. Adi fırça ilə onları təmizləmək mümkün deyil. Zamanla bu ərp bərkiyir, iltihab əmələ gətirir və diş daşına çevrilir. Diş əti zəyifləyir və qanayır. Bu paradontitə səbəb olur. Floss – diş sapı ən çətin yerlərdən belə yemək qalıqlarını və ərpi təmizləyir. Bunun istifadəsi çox asan bir prosedurdur. 20 – 25 sm sapın bir ucunu sağ əlin orta barmağına, digər ucunu şəhadət barmağına dolayın. Barmaqların arasında təxmini 5 sm sap qalmalıdır. Ehtiyyatla sapı dişlərin arasına keçirərərk dişə kipləşdirin. Kəskin şəkildə yuxarı istiqamətdə hərəkət edərək ərpi sanki dişin üstündən qaşıyın. Sonra digər dişə keçin. Rahatlığınız üçün mumlanmış saplardan istifadə edin. Dişləri sıx olanlara bu daha məsləhətlidir.

   — "Eşitmişəm ki, dişlərin təmizlənməsinin keyfiyyətini təyin etmək üçün xüsusi həblər var. Onların haqqında daha ətraflı danışın".

   — Faktiki olaraq, bu həblər ev şərtlərində istifadə üçün müvafiq deyildir. Onların köməkləri ilə, sizin daha diqqətlə təmizlədiyiniz və sizin sadəcə olaraq təmizləmədən imtina etdiyiniz dişləri həqiqətən görmək mümkündür. Gigiyenik indeksin təyini və dişləri necə düzgün təmizləmək barədə işə sizə daha yaxşı diş həkimi deyə bilər. Əgər siz bu həbləri müstəqil şəkildə istifadə edirsinizsə, siz öz dişlərinizi, hər halda əvvəlki kimi təmizləməyə davam edəcəksiniz.

   — "Doğrudurmu ki, saqqız gündəlik diş yumağını əvəz edir?"

   — Xeyir, bu belə deyil. Diş yumağını heç bir şey əvəz etmir. Əgər saqqızın tərkibində şəkər yoxdursa, o sizin dişlərə bir zərər verməz. Əgər bir saqqız həvəskərısınızsa onda bunu yeməkdən sonra çeynəyin və 10 -15 dəqiqədən artıq olmamaq şərti ilə. Əks təqdirdə damaqlarınıza artıq yük vermiş olursunuz. Ac mədəyə saqqız çeynəmək qəti qadağandır. Çeynəmə zamanı tüpürcəkdən əlavə mədə şirəsi də ifraz olunur və bu da boş mədəyə ziyandır.

   — "Professional diş ağartmaları nə ilə fərqlənirlər?"

   — Bunlar təsir mexanizmlərinə görə fərqlənirlər. Skeyler və AIR-FLOW bir çox klinikalarda istifadə olunur. Bunların iş prinsipi belədir - təziqlə vurulan pasta və yaxud soda diş ərpini təmizləyir. Sonra təmiz diş emalı cilalanır. Bir şeyi də diqqətə alın ki, bu vasitələr dişin öz rəngini ağartmır, sadəcə əmələ gəlmiş ərpi təmizləyir və emalı cilalayır. Lakin yaxşı olardı ki, ildə 1 dəfə bu vasitələrdən istifadə edəsiniz. Əgər siqaret çəkənsinizsə, onda ildə iki dəfə istifadə etməyiniz məsləhətdir.
 

 
 
 





All right reserved © AQS Dental ® Designed by D&F studio